Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - Yağış, qar yağacaq

Sentyabrın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
Oxşar xəbərlər
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-h...
