Hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək - HAVA PROQNOZU
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-14, gündüz 17-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11, gündüz 17-21, dağlarda gecə 0-4, gündüz 7-12 dərəcə isti olacaq.
Oxşar xəbərlər
Bu günə qədər bağlanan təhsil krediti müqavilələrinin sayı açıqlanıb
Təhsil Tələbə Krediti Fondu (TTKF) yaranandan (2021-ci ilin noyabr ayından) bu günə qədər imzalanan təhsil tələbə kredit (TTK) müqavilələrinin sayı açıqlanıb. B...