Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA
"Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, özbaşına tikintilərə mülkiyyət hüququ yaranmır".
BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev APA İnformasiya Agentliyinə müsahibəsində deyib.
O bildirib ki, yalnız bir hal istisna olunur:
"O da torpaq sahəsinin şəxsin mülkiyyətində olduğu təqdirdə yalnız məhkəmələr edə bilər. Bu halda da istisnalar var. Bu tikintinin digər insanların hüquqlarını və qanuni maraqlarını pozmuş olması və tikintinin təhlükəsizliyi ilə bağlı da ciddi suallar olanda. Belə özbaşına tikintilər insan həyatı və sağlamlığı üçün böyük təhlükə mənbəyidir. Belə olduğu təqdirdə onların rəsmiləşdirilməsi, hətta məhkəmə yolu ilə də mümkün deyil".
Oxşar xəbərlər
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - 15 sentyabrdan...
"Bakı metropolitenində Yaşıl və Qırmızı xətlərin müstəqil fəaliyyət sahələrində interval gur saatlarda 3 dəqiqə 30 saniyə təşkil edib. Xətlərin ayrılması layihə...