Hansı halda əraziyə yeni marşrut xətti verilir? - RƏSMİ CAVAB
Mütəmadi olaraq Bakıda yeni marşrut xətləri istifadəyə verilir və ya mövcud xətlər dəyişdirilir. Bəs görəsən bu hansı meyarlar əsasında həyata keçirilir?
BAKU.WS məsələ ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinə sorğu ünvanladı.
Qurumun açıqlamasında bildirildi ki, marşrut şəbəkəsinin optimallaşdırılması və sakinlərin rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə sərnişin tələbatına uyğun olaraq yeni marşrutların təşkili və ya mövcud marşrutların hərəkət sxeminin dəyişdirilməsi istiqamətində AYNA tərəfindən mütəmadi olaraq təhlillər aparılır.
"Müntəzəm sərnişindaşıma marşrutlarının təşkili zamanı sərnişin tələbatı ilə yanaşı yol infrastrukturu, ərazinin relyefi, avtobusların təhlükəsiz hərəkəti və manevr imkanları, o cümlədən geriyədönmə manevri üçün əlverişli şərait nəzərə alınır. Eyni zamanda, vətəndaşların müraciətləri əsasında da ərazilər təhlil edilir. Bu zaman qeyd olunan şərtlər təmin edildiyi təqdirdə marşrutun təşkili istiqamətində müvafiq addımlar atılır".
Banu Hüseynli
Oxşar xəbərlər
Ötən gün ölkədə 5 odlu silah aşkarlanıb
Azərbaycanda yanvarın 1-də 5 odlu silah aşkarlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşları Bakı və res...