Hansı avtomobillər daha çox alınır? - AÇIQLAMA
17
apr
2018
20:45
Azərbaycanda avtomobillər tələbat dəyişib. BAKU.WS-in məlumatına görə, bunu Fins.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, 2015-ci ilin ortalarına qədər tələb daha çox yeni avtomobillərə idisə, bundan sonrakı dövrdə daha çox işlənmiş ikinci əl avtomobillərə tələbat artıb. Yəni, əvvəl yeni avtomobillərin satış səviyyəsi köhnə avtomobillərlə eyni idisə, indi köhnə avtomobillərin satışı daha çoxdur.O bildirib ki, bu da qiymətlərlə bağlıdır. Belə ki, yeni avtomobillərin bahalaşması onların əlçatanlığını nisbətən azaldıb. Bundan əlavə, əvvəllər daha çox iri və orta həcmli avtomobillərə üstünlük verilirdisə, indi orta və kiçik ölçülü avtomobillərə maraq böyükdür.BAKU.WS
Oxşar xəbərlər
Bakıda dizellə işləyən avtomobillər bahalaşmağa başladı – QİYMƏTLƏR
Bakıda dizellə işləyən avtomobillər bahalaşmağa başlayıb. Bunu Fins.az-a açıqlamasında əmlak bazarı üzrə ekspert Vaqif Hüseynov deyib.O bildirib ki, ikinci əl a...