Hakimlərin Seçki Komitəsinə yeni sədr seçilib
15
iyl
2023
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hakimlərin Seçki Komitəsinin növbəti iclası keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.
Əvvəlcə Məhkəmə-Hüquq Şurasının iyulun 14-də Komitəyə yeni seçilmiş üzvlər təqdim olunub, onlara fəaliyyətlərində uğurlar arzu edilib.
Sonra Komitə üzvlərinin yekdil səsi ilə Ali Məhkəmənin hakimi Vidadi Cəfərov Hakimlərin Seçki Komitəsinin sədri seçilib.İclasda həmçinin, hakimliyə namizədlərin imtahan prosesi ilə bağlı cari tədbirlər müzakirə edilib, bəzi təşkilati məsələlərə baxılıb.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...