Hacıqabulda erkən nikah cəhdinin TƏFƏRRÜATI: "Xəstə uşağımın arzusu idi, gəlinsiz məclis etdik"

Hacıqabul rayonunun Meyniman kəndində qarşısı alınan erkən nikah cəhdi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Belə ki, kənd sakini, 23 yaşlı oğlanın Qaraağac kənd sakini, 16 yaşına çatmayan qızla planlaşdırılan toy mərasimi dayandırılıb. Hadisə ilə bağlı oğlanın anası Validə Zərbalıyeva jurnalistlərə müsahibə verib.
Ananın sözlərinə görə, məqsəd erkən nikah deyil, xəstə övladının arzusunu yerinə yetirmək olub: "Oğlum üçün elçi getdik. Sonra məlum oldu ki, qızın sənədləri yoxdur. Ona görə bu işi dayandırdıq. Sadəcə, xəstə uşağımın arzusu var idi. Həkimlər ömrünün az olduğunu deyiblər. Qardaşının toyunu görmək istədiyi üçün gəlinsiz məclis keçirdik. Toy təzə başlayanda polislər bizə məlumat verdilər, məclisi dayandırdıq, hamı dağılışdı", - deyə o söyləyib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Yeni ildən quru sərhədlər açılacaq? - İki ölkə ilə gediş-gəliş bərpa ola bilər
Azərbaycanda pandemiya dövründən sonra bağlı qalan quru sərhədlər hələ də açılmayıb. Hazırda ölkədən çıxış yalnız hava nəqliyyatı vasitəsilə mümkündür. Bəs görə...
