Hacı Zeynalabdin qəsəbəsinin sakinləri antisanitar vəziyyətdən narazıdırlar - ŞİKAYƏT

Hacı Zeynalabdin qəsəbəsinin sakinləri antisanitar vəziyyətdən narazıdırlar - ŞİKAYƏT
Sosial 46

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsinin sakinləri hərbi şəhərciyin yaxınlığında olan zibil qutularının təmizlənməməsindən şikayətçidirlər.

Sakinlər bildiriblər ki, sözügedən ərazidə zibillər günlərlə təmizlənmir və antisanitar vəziyyət yaranır.

Məsələ ilə bağlı Oxu.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlayıb.

Qurumun mətbuat katibi İradə İbrahimova qeyd edib ki, sözügedən ünvanda zibillərin atılaraq qalaqlandığı ərazi tullantılardan təmizlənib:

"Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, hərbi şəhərciyin yaxınlığında tullantıların atılaraq qalaqlandığı ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Hacı Zeynalabdin Rayon Mənzil İstismar Hissəsinin işçiləri tərəfindən tullantılardan təmizlənib".

Son xəbərlər