“Haber Global” İkinci Qarabağ müharibəsinin üçüncü ildönümü ilə bağlı reportaj hazırlayıb - VİDEO

“Haber Global” İkinci Qarabağ müharibəsinin üçüncü ildönümü ilə bağlı reportaj hazırlayıb - VİDEO
Video
Sosial 1

“Haber Global” İkinci Qarabağ müharibəsinin üçüncü ildönümü ilə bağlı reportaj hazırlayıb.

“27 sentyabr 2020-ci ildə başlayan müharibə 44 gün sonra qələbə ilə başa çatdı. Azərbaycan İkinci Qarabağ müharibəsinin üçüncü ildönümündə şəhidlərin xatirəsini yad edir”, - deyə reportajda bildirilib.

BAKU.WS xəbər verir ki, bununla bağlı yayımlanan videoda Ermənistanın 30 illik işğalına son qoyan, torpaqlarını işğaldan xilas etmək üçün mübarizə aparan 3 000-ə yaxın İkinci Qarabağ müharibəsi şəhidinin xatirəsinin ehtiram və rəhmətlə yad edildiyi qeyd edilib.

Nəzərə çatdırılıb ki, bu gün saat 12:00-da Azərbaycanda sirenalar səslənəcək və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad ediləcək.

Son xəbərlər