Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı avtomagistral tikiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti ölkəni Azərbaycan və Ermənistanla birləşdirən avtomagistralların yeni dördzolaqlı yollarla əvəzlənməsi üzrə beynəlxalq tender elan edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, ümumi dəyəri 250 milyon avro təşkil edən layihə Avropa İnvestisiya Bankının krediti hesabına maliyyələşdiriləcək.
Yeni avtomagistrallar Rustavi şəhərində başlayacaq, Qırmızı körpü və Sadaxlı istiqamətlərində inşa olunacaq. Layihə üzrə elan edilmiş tenderlə ümumi uzunluğu 61,3 kilometr olan dördzolaqlı yolların tikintisi nəzərdə tutulur.
Hazırda Gürcüstanı Azərbaycan və Ermənistanla birləşdirən avtomagistrallar ikizolaqlıdır və əsasən sıx məskunlaşmanın olduğu ərazilərdən keçir. Yeni yolların ötürücülük qabiliyyəti yüksək olacaq və sıx məskunlaşmış ərazilərdən yan ötəcək.
Şirkətlərin lotlar üzrə tender təklifləri bu ilin avqustun 14-dək qəbul ediləcək.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...