Gürcüstandan ixrac edilən diri qoyunların ən böyük alıcısı Azərbaycan olub
Yeniliklərdən dərhal xəbərdar olun
2026-cı ilin iyun ayında Gürcüstandan 17,5 min baş diri qoyun ixrac edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ixracın ümumi dəyəri 2,1 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan qoyunların sayı 5,5 dəfə, dəyəri isə 6,8 dəfə artıb.
Nazirliyin məlumatına görə, iyun ayında ixrac edilən bir baş diri qoyunun orta ixrac qiyməti 120 ABŞ dolları olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz yüksəkdir.
Hesabata əsasən, Gürcüstandan diri qoyun ixrac edən əsas ölkələr bunlardır: Azərbaycan 9,1 min baş; İraq 4,8 min baş; Küveyt 2,4 min baş; Qətər 1,2 min baş.
Beləliklə, iyun ayında Gürcüstandan ixrac edilən diri qoyunların ən böyük alıcısı Azərbaycan olub.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...