Gürcüstandan Azərbaycana növbəti təxliyə həyata keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstandan daha 281 nəfərin Azərbaycana təxliyəsi prosesinə başlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, təxliyə olunan şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısına toplaşır.
Onların 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, 1-i Türkiyə, digər 1-i isə Ukrayna vətəndaşıdır.
Həmin şəxslərin ötən gün Tbilisidə koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib. Səfirlikdən təxliyə olunanlara 48 saat qüvvədə olacaq COVID-19 arayışı veriləndən sonra onlar saat 10:00-da 5 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.
Qeyd edək ki, pandemiya dövrü başlayandan bu günədək Gürcüstan vasitəsilə 2 minə yaxın azərbaycanlının Azərbaycana təxliyəsi təmin edilib.
Oxşar xəbərlər
100-dən artıq Gürcüstan vətəndaşı Azərbaycandan təxliyə olunub - FOTO
Gürcüstan 100-dən çox vətəndaşını Azərbaycandan təxliyə edib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, təxliyə edilənlər xüsusi ayrılmış üç avtobusla "Sınıq Kör...