Gürcüstandan 74 xarici vətəndaş deportasiya edilib: Azərbaycanlılar da var
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti son günlər həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində ümumilikdə 74 xarici vətəndaşı ölkədən çıxarıb. Deportasiya olunanlar arasında Azərbaycan və digər bir sıra ölkələrin vətəndaşları da yer alır.
BAKU.WS xəbər verir ki, Gürcüstan DİN-in məlumatına görə, kompleks əməliyyatlar zamanı Türkiyə, Hindistan, Efiopiya, Pakistan, Keniya, İran, Belarus, Misir, Tacikistan, Rusiya, İraq, Zimbabve, Azərbaycan, Türkmənistan, Ermənistan, Sudan, Uqanda, Özbəkistan və başqa ölkələrin vətəndaşları ölkə ərazisindən kənarlaşdırılıb.
Qeyd olunub ki, mövcud qanunvericiliyə əsasən deportasiya edilən şəxslərə Gürcüstana yenidən giriş qadağası tətbiq edilir.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...