Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın Marneuli rayonunda ötən gecə küçədə 21 yaşlı Qəhrəman Muradovun meyiti aşkarlanıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə yerli “Pirveli” telekanalı məlumat yayıb.
Bildirilib ki, gəncin yaxınları onun qətlə yetirildiyini iddia edirlər.
Q.Muradovu sonuncu dəfə görən babası bildirib ki, nəvəsi gecə saat üç radələrində telefon zəngindən sonra evdən çıxıb və bundan sonra gənclə əlaqə itib.
İkin ehtimallara əsasən, Q.Muradov özünü körpüdən ataraq intihar edib. Bu versiyanı qəbul etməyən babası nəvəsinin öldürüldüyünü iddia edib.
Faktla bağlı ölüm həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...