"Gürcüstan Dəmir Yolları": Tbilisi-Bakı istiqamətində əlavə reyslərlə bağlı çətinlik yoxdur
Tbilisi-Bakı istiqamətində əlavə reyslərin təyin edilməsi ilə bağlı "Gürcüstan Dəmir Yolları" tərəfindən hər hansı çətinlik mövcud deyil.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Gürcüstan Dəmir Yolları"ndan məlumat verilib.
Qurumun açıqlamasında bildirilir ki, Gürcüstan və Azərbaycan dəmir yolları Tbilisi-Bakı və Bakı-Tbilisi istiqamətlərində əlavə sərnişin reyslərinin təyin edilməsi üzərində iş aparır.
Qeyd olunub ki, sözügedən istiqamətdə əlavə reyslərin təyin olunması və qəbul edilməsi ilə bağlı "Gürcüstan Dəmir Yolları" tərəfindən hər hansı maneə mövcud deyil.
"Hazırda tərəflər arasında bununla bağlı müvafiq iş prosesi aparılır", - qurumdan əlavə olunub.
"Gürcüstan Dəmir Yolları"nın məlumatına görə, əlavə reyslərin təyin olunacağı tarixlər barədə məlumat ictimaiyyətə açıq şəkildə elan ediləcək.
Qeyd edək ki, Tbilisi-Bakı sərnişin qatarına tələbatın yüksək olması səbəbindən biletlərin əldə edilməsi ilə bağlı son günlər sosial şəbəkələrdə müxtəlif müraciətlər və şikayətlər də yayılıb.
Oxşar xəbərlər
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. BAKU.WS xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayı...