Yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir - FAKTİKİ HAVA

Yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir - FAKTİKİ HAVA
Sosial 60

Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi hazırda Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.

BAKU.WS xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Yarımadanın bəzi yerlərində yağış qısamüddətli leysan xarakterlidir. Bunu xidmət rəisi Nazim Mahmudov bildirib. O qeyd edib ki, yağışın günün ikinci yarısından tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-14 dərəcə isti təşkil edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər