Günel Zeynalova Məhsa Əmindən yazdı: "Allaha da inanmırsınız?"- FOTO

Günel Zeynalova Məhsa Əmindən yazdı: Allaha da inanmırsınız?- FOTO
Foto
Sosial 351

Müğənni Günel Zeynalova 22 yaşlı iranlı Məhsa Əmininin ölümünə etiraz edib.

BAKU.WS xəbər verir ki, sənətçi bir milyon izləyicisi olan instaqram hesabında əvvəl Məshanın fotosunu paylaşıb. Daha sonra paylaşıma bu sözləri də əlavə edib:

"Dünya hədəqədən çıxıb. Bu necə rahatlıqdır, insan canı necə belə rahat alınır? Qadınlar Allahın əmanətidir - bunu bilməyən cahillər. Allaha da inanmırsınız? Sizi yaradan kimdir? Yaradan yaratdı, amma ən böyük cəzanı yaşamağınızı diləyirəm".

Xatırladaq ki, bir neçə gün əvvəl İranın “Əxlaq” polisi tərəfindən Məhsa Əmini adlı 22 yaşlı günahsız gənc qızın hicab bəhanəsi ilə vəhşicəsinə döyülərək qətlə yetirilməsinə qarşı bütün ölkə ərazisində əhali etiraz yürüşləri keçirir.

Polis etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə edir. Hazırda bu səbəbdən ölkənin bir neçə şəhərində etirazlar davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN

Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...

5668 Sosial 18:28 08 fevral 2022

Son xəbərlər