Gündüz İsmayılov: "Əsas məqsədimiz dini məsələlərin rəqəmsal mediada, mətbuatda müzakirəsinin aparılmasıdır"
"Əsas məqsədimiz ondan ibarətdir ki, həssas bir sahə olan dini məsələlərin rəqəmsal mediada, ümumiyyətlə mətbuatımızda müzakirəsi hansı kontekstdə aparılmalıdır, bu sahədə həssaslıqlar nədən ibarət olmalıdır. Eyni zamanda, məsuliyyətin doğurduğu bu həssaslığın obyektivliklə sərhədlərini birlikdə müzakirə etməyə çalışacağıq".
BAKU.WS xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov jurnalistlərə açıqlaması zamanı deyib.
"Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" adlı tədbirdə iştirak edə qurum rəsmisi onu da vurğulayıb ki, bu gün media nümayəndələri ilə birlikdə müzakirə ediləcək əsas mövzu dini sabitliyin qorunmasındakı birgə məsuliyyətdir:
"Bu gün din mövzusu, xüsusilə rəqəmsal mühitdə, ən aktual mövzulardan biridir. Aktual olmaqla yanaşı, həm də həssas bir mövzudur. Bu həssaslıq isə həm cəmiyyətin həssaslığı, həm də sabitliyin qorunması baxımından media ilə dini qurumların, o cümlədən dini icmaların və din xadimlərinin sıx əməkdaşlığını, birgə fəaliyyətini zəruri və qaçılmaz edir.
Bu nöqteyi-nəzərdən bugünkü konfransımıza media nümayəndələri ilə yanaşı, bu bölgədə fəaliyyət göstərən din xadimlərini də dəvət etmişik. Burada yalnız İslam ibadət evlərində fəaliyyət göstərən din xadimləri deyil, həm də sinaqoqlarda və kilsələrdə fəaliyyət göstərən din xadimləri iştirak edirlər".
Gündüz İsmayılov həmiçinin qeyd edib ki, konfrans çərçivəsində media tur da nəzərdə tutulub:
"Bilirsiniz ki, şimal bölgəsi Azərbaycanın tolerantlıq və multikulturalizm baxımından bir modeli sayıla bilər. Bu coğrafiyada həm müsəlmanlar, həm xristianlar, həm də yəhudi icması yaşayır. Konfrans çərçivəsində media nümayəndələri həm məscidlərdə, həm sinaqoqlarda din xadimlərinin fəaliyyəti ilə, ümumilikdə isə bu ibadət evlərinin fəaliyyəti ilə tanış ola biləcəklər".
Qeyd edək ki, konfransdakı panel formatında keçiriləcək müzakirələrdə jurnalistlər, bu sahənin
peşəkarları, eləcə də Azərbaycan İlahiyyat İnstitutunun müəllim və əməkdaşları iştirak edəcəklər.
Xatırladaq ki, tədbir Global Media Group holdinq və Dini Qurumlarla İş Üzrə Dövlət komitəsinin təşkilatçılığı reallaşır.
Oxşar xəbərlər
Sahir Məmmədxanov: "1875-ci ildə mətbuatın əsasının qoyulması Azərbaycanın ictimai-siyasi və mədəni tarixində dönüş nöqtəsi olub"
"Həsən bəy Zərdabinin 1875-ci ildə "Əkinçi" qəzetini nəşr etməklə əsasını qoyduğu mətbuat ənənəsi, həqiqətən də, Azərbaycanın ictimai-siyasi və mədəni tarixində...