Gündüz İsmayılov: Dini tərbiyə məktəbdə verilə bilməz, bu ailənin işidir

Gündüz İsmayılov: Dini tərbiyə məktəbdə verilə bilməz, bu ailənin işidir
Sosial 38

Ölkəmizdə din xadimlərinin dini bilikləri qənaətbəxş deyil.

BAKU.WS xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov komitənin Elm və Təhsil Nazirliyi ilə birgə keçirdiyi "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusundakı konfransda deyib.

O qeyd edib ki, dini radikalizmlə, xurafatla, məzhəbçiliklə mübarizədə məktəb mühüm rol oynayır:

"Bu gün ölkəmizdə dini dünya görüşü və dini bilikləri yüksək olan din xadimlərinə ehtiyac böyükdür. Fikrimcə Azərbaycanda dini radikalizm, xürafat və məzhəbçiliklə mübarizədə ən potensiallı mübarizələrdən biri təhsildir. Bəs məktəblərdə bu istiqamətdə apardığımız işlərdə biz nələri nəzərə almalıyıq.

Təbii ki din-təhsil məsələsindən danışanda nəzərə almalıyıq ki, Azərbaycan dünyavi dövlətdir. Amma onu da nəzərə almalıyıq ki, din yalnız şəriyyət deyil onun həm də mənəviyyat və mədəniyyət tərəfi var".

Gündüz İsmayılov vurğulayıb ki, dini tərbiyə məktəblərdə verilə bilməz. Bu ailənin işidir.

"Dini təhsil zamanı dinlə bağlı biliklər verilərkən bizim pedaqoqlarımız cəmiyyətdə dinlə bağlı mövzuların iştirakçısına çevrilirlər. İbadət evlərində din xadimləri də dindən danışır, hər hansı vəziyyətdə orta məktəb müəllimləri də dinlə bağlı danışa bilər. Bu zaman sual edilir ki, müəllimin dinlə bağlı danışdığı ilə din xadiminin fikirləri nə ilə fərqlənməlidir. Bu gün məhz bu məqam müzakirə ediləcək".

Son xəbərlər