Gündə neçə fincan çay içməyin təhlükəsiz olduğu açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyadan olan terapevt həkim Nisa Aslam gün ərzində çayın hansı miqdarda təhlükəsiz hesab olunduğunu açıqlayıb.
BAKU.WS-in məlumatına görə, o, bu içkinin hər gün istifadəsinin xüsusilə vacib olduğu insan qrupunu qeyd edib.
Həkim "Metro" nəşrinə bildirib ki, optimal miqdar gündə üç-dörd fincan çaydır. O əlavə edib ki, əvvəllər tərkibində kofein olan içkilər üçün norma dörd-beş fincan hesab edilirdi.
Terapevt əlavə edib ki, çay xüsusilə iltihabi xəstəlikləri olan insanlar üçün faydalıdır. Onun sözlərinə görə, astma, osteoartrit, 2-ci tip diabet, metabolik sindrom və ürək-damar xəstəlikləri olan şəxslər üçün çay müsbət təsir göstərə bilər. Bu xəstəliklərin bir qismi xroniki iltihabla əlaqəli olur.
"Araşdırmalar çayın tibbi müalicəni əvəz edə biləcəyini göstərmir. Lakin gündəlik içdiyimiz çayın orqanizmin iltihabi stressə reaksiyasına təsir edə biləcəyinə dair sübutlar getdikcə artır", - deyə həkim vurğulayıb.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...