Gümüş bahalaşmaqda davam edir - QİYMƏTLƏR
Qızılın qiyməti ilə yanaşı gümüşün qiyməti də artır.
BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, satıcıların sözlərinə görə, ötən illə müqayisədə gümüşün qramında 3-5 manat fərq yaranıb.
Onları bildiriblər ki, qiymət fərqi ən çox istehsal ölkəsi və modelə görə dəyişir. Bahalaşma xüsusilə İtaliya istehsalı olan gümüş məhsullarında daha çox özünü göstərir.
Ekspertlərin fikrincə, əslində, son bir ayda bazarda vəziyyətin stabilləşməsi gözlənilirdi. Lakin bahalaşma tendensiyası hələ də davam edir.
Mütəxəssislər hesab edirlər ki, növbəti ildə gümüşün qiymətinin ucuzlaşması mümkündür. Lakin bu prosesdə siyasi dinamika, dolların məzənnəsi və digər amillər mühüm rol oynayır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Fuad İsmayılov işdən çıxarıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) bir şöbənin müdiri işdən çıxıb. BAKU.WS "Unikal"a istinadən xəbər...