Gülşad Məmmədova: "Yaxın iki gündə Bakıda hava şəraiti bir qədər mülayimləşəcək"

Gülşad Məmmədova: Yaxın iki gündə Bakıda hava şəraiti bir qədər mülayimləşəcək
Sosial 69

“Martın 21-də və yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti ötən günlərlə müqayisədə bir qədər mülayimləşəcək".

Bunu BAKU.WS-ə açıqlmasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, günorta saatlarında yağmursuz hava şəraiti gözlənilsə də, gecəyə doğru azyağıntılı olacağı ehtimal olunur:

“Martın 22-si gündüz arabir güclənən şimal-qərb küləyi əsəcək. 23-24 mart isə cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu 6-8 dərəcədən yüksək olmayacaq.

Bölgələrəd isə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə sulu qar və qar yağacaq. Lakin yağıntıların intensivliyi martın 22-23-nə nisbətən zəifləyəcək. Havanın temperaturu bəzi rayonlarda 10 dərəcə isti, dağlarda isə 5-8 dərəcə şaxta olacaq”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Mart ayına olan hava proqnozu açıqlanıb

Mart ayına olan hava proqnozu açıqlanıb

Mart ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, mart ayının ilk günlərində hava şəraitinin mülayi...

2219 Sosial 16:50 28 fevral 2022

Son xəbərlər