Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

26
fev
2021
15:44
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Qurumdan bildirilib ki, martın 1-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23 m/s-dək güclənəcək.
Martın 1-dən 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, martın 1-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Oxşar xəbərlər
Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Oktyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, oktyabrın 20-də Bakıda və Abşeron yarım...
