Güclü külək Bakı-Sumqayıt qatarının hərəkətini iflic etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Sumqayıt qatarının hərəkətində güclü külək səbəbindən yubanma var.
Bu barədə Azərbaycan Dəmir Yolları İdarəsindən BAKU.WS-ə məlumat verilib
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi güclü küləklə bağlı xəbərdarlıq edib.
Təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Həmçinin, güclü külək zamanı baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Oxşar xəbərlər
FHN hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT EDİB
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. FHN-dən BAKU.WS-ə daxil olan müraciətdə deyilir: "Milli Hidrometeor...