Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Sosial 95

Milli Hidrometeorologiya Xidməti dekabrın 14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Şuşa, Xankəndi, Xocavənd, Qubadlı, Ağdərə, Saatlı, Sabirabad, Qazax, Laçın, Cəbrayıl, Zəngilan, Füzuli, İmişli, Beyləqan, Salyan, Kürdəmir, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Xaçmaz, Xızı, Siyəzən, Şabran, Quba, Göygöl, Gədəbəy, Şamaxı, Şirvanda fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu sarı xəbərdarlığa uyğundur.

Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Kəlbəcər, Hacıqabul, Neftçala, Mingəçevir, Naftalan, Gəncə, Ağstafa, Ceyrançöl, Goranboy, Bərdə, Tərtər, Yevlax, Ağcabədi, Ağdam, Göyçay, Zərdab, Şəmkir, Daşkəsən, Tovuz, Samux, Şəki, Zaqatala, Oğuz, Qəbələ, Balakən, Qax, Qusar, İsmayıllı, Ağdaş, Ucar, Lerik, Yardımlı, Qobustanda isə fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.

Son xəbərlər