Göygöldə 60-dan çox qoyun oğurlandı: Hadisəni törədənlərin axtarışları davam edir

Göygöldə 60-dan çox qoyun oğurlandı: Hadisəni törədənlərin axtarışları davam edir
Video
Sosial 44

Göygöldə fermadan oğurlanan qoyunlar tapılıb.

Rayonun Hacıməlik qəsəbəsi yaxınlığında yerləşən fermer təsərrüfatından gecə saatlarında oğurlanan 62 baş qoyunun 56-sı tapılaraq sahibinə verilib.

Təsərrüfat sahibi Mahir Tağıyevin sözlərinə görə, heyvanları oğurlayan şəxslər məsələnin ictimailəşdirilməsindən qorxub, onları sahibsiz əraziyə buraxıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər davam etdirilir.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Son xəbərlər