Google Maps-dən sürücüləri sevindirəcək YENİLİK

Google Maps-dən sürücüləri sevindirəcək YENİLİK
Sosial 49

iOS üçün "Google Maps" tətbiqi avtomobilin park edildiyi yeri avtomatik müəyyən edən və yadda saxlayan yeni funksiya əldə edib.

BAKU.WS-in məlumatına görə, bu barədə Google Maps-in məhsul üzrə baş meneceri Rio Akasaka LinkedIn-də bildirib.

Funksiya o zaman işləyir ki, istifadəçi avtomobilində hərəkət etdiyi müddətdə smartfonu USB, Bluetooth və ya CarPlay vasitəsilə avtomobilə qoşsun və "Google Maps" aktiv olsun. Sürmə prosesi bitdikdən sonra tətbiq parklanma yerini avtomatik olaraq xəritədə qeyd edir və onu 48 saata qədər yadda saxlayır. İstifadəçi yenidən hərəkət etməyə başladığı an marker avtomatik silinir.

Bundan əvvəl park yerini yadda saxlamaq mümkün idi, lakin bu, menyudan müvafiq bölməni seçməklə əl ilə həyata keçirilirdi. Yeni funksiya prosesi tam avtomatlaşdırır. Bundan əlavə, parklanma nöqtəsini göstərmək üçün artıq "P" hərfi olan standart işarə yox, istifadəçi avtomobillərinin fərdi ikonaları tətbiq olunur.

Park yerinin avtomatik yadda saxlanması funksiyası iPhone istifadəçilərində təxminən bir ay əvvəl mərhələli şəkildə görünməyə başlayıb. Hazırda bu funksiya yalnız tətbiqin iOS versiyasında mövcuddur.

Android versiyasında da parklanma barədə xatırlatma var, lakin markerin silinməsi orada əl ilə aparılır.

Son xəbərlər