Gömrük borcları ilə bağlı yeniliyin detalları AÇIQLANDI

Gömrük borcları ilə bağlı yeniliyin detalları AÇIQLANDI
Video
Sosial 70

Milli Məclisin plenar iclasında Gömrük Məcəlləsinə təklif edilən dəyişikliklər birinci oxunuşda qəbul edilib.

Millət Vəkili Vüqar Bayramovun sözlərinə görə, dəyişikliklərə əsasən, gömrük borcu yalnız bəyannaməçi tərəfindən ödəniləcək.

"Belə ki, hüquqi şəxs ölkəyə mal idxal edirsə, gömrük rüsumunu bəyannaməçi, yəni həmin hüquqi şəxs özü ödəməlidir. Bundan əlavə, vətəndaş xaricdən gəlirsə və hər hansı gömrük ödənişi etməlidirsə, bu məbləğ də onun, yəni bəyannaməçinin özü tərəfindən ödəniləcək. Bütövlükdə, yeni dəyişikliklər təsdiq olunduqdan sonra artıq başqa şəxsin gömrük borcunu ödəmək daha mümkün olmayacaq", - deyə deputat qeyd edib.

Ətraflı Baku TV-nin süjetində:

Son xəbərlər