"Gənclik Mall"ın qarşısındakı səkidə yenilik - FOTOLAR
27
okt
2018
12:42
"Gənclik Mall"-un qarşısındakı səkinin müəyyən hissəsi dəmir məhəccərlə əhatələnib. Bu haqda BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib:"Bunu etməkdə əsas məqsədimiz ilk növbədə piyadaların istiqamətləndirilməsi və onların yolun hərəkət hissəsinə çıxmasının qarşısını almaqla hərəkətin təhlükəsizliyinin təmin edilməsidir. Digər məqsəd isə qeyd edilən ərazidə nəqliyyat vasitələrinin xüsusən də taksi minik avtomobillərinin dayanma durma qaydalarına zidd saxlanılmasının qarşısını almaqdır. F.Xoyski küçəsində nəqliyyatın normal və maneəsiz hərəkətini təmin etmək, sərnişindaşımalarda təhlükəsizliyin və keyfiyyətin artırılması məqsədi ilə dayanma durma qaydalarını pozanlar barəsində inzibati cərimələrin tətbiq edilməsi işləri də aparılmaqdadır". Qeyd edək ki, artıq ərazidə taksi minik avtomobillərinin dayanması üçün xüsusi məntəqələr təşkil edilib. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
BNA dayanma, durma qaydalarını pozan sürücülərlə mübarizəyə başladı
Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirlərinə başlayıb. BAKU.WS-in...