"Global Media Group" holdinqin altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib
Medianın İnkişafı Agentliyinin (MEDİA) elan etdiyi "Fərdi jurnalist müsabiqəsi"ndə qaliblərin siyahısında "Global Media Group" holdinqin tərkibinə daxil olan media qurumlarının altı əməkdaşı var.
BAKU.WS xəbər verir ki, qaliblər arasında "Report"un əməkdaşları Ağamalızadə Sənan (ən yaxşı reportaj) və Nihat Pir (ən yaxşı jurnalist araşdırması) var.
"Caliber.az"ın əməkdaşı Timur Rzayev (ən yaxşı reportaj), "Oxu.az" saytının əməkdaşı Əzizə İsmayılova (ən yaxşı jurnalist araşdırması) "Kaspi" qəzetinin əməkdaşı Azad Əliyev (ən yaxşı ictimai-siyasi təhlil), "Baku tv"dən isə Vüsal Lalayev (Ən yaxşı sosial-iqtisadi reportaj) qalib olub.
Oxşar xəbərlər
Bakıda sakinləri SEVİNDİRƏCƏK XƏBƏR
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxtda səkilər, həyətlər, park və bağlar abadlaşdırılacaq və yenidən qurulacaq. BAKU.WS-in məlumatına görə, layihələ...