Gizli fəaliyyətdə olan restoranda əməliyyat - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, şəhərin Heydər Hüseynov küçəsində yerləşən “Miraj” restoranının qaydaları pozaraq müştəri qəbul etdiyi məlum olub.
İcarə əsasında obyekti işlədən Yaşar Mövsümov barəsində Mingəçevir Şəhər Polis Şöbəsində toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 3 100 manat cərimə edilib.
Oxşar xəbərlər
Sərtləşdirilmiş xüsusi karantin rejiminin detalları bilindi - Bunlara riayət etmədən çölə çıxmayın
Baş Nazir Əli Əsədov "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləş...