Gəray Gəraybəyli: Sosial şəbəkələrdən asılılıq uşaqların psixologiyasına ciddi təsir göstərir
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdən asılılıq uşaqların psixologiyasına ciddi təsir göstərir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Tibb Universitetinin rektoru Gəray Gəraybəyli parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı çıxışında deyib.
Onun sözlərinə görə, bu gün cəmiyyətdə psixi fəaliyyətə ciddi yanaşılmır:
"Bu gün psixi sağlamlıq məsələləri aktuallaşıb. Çünki uşaq və yeniyetmələrin psixi sağlamlıq məsələləri gündəmdədir. Psixi xəstəliklərin təsnifi 20 il əvvəl narkotik, alkoloqla bağlı idisə, bu gün interdən asılılıq ön plandadır".
G.Gəraybəyli qeyd edib ki, bu gün sosial autizləşmə termini də yaranıb:
"Bunun səbəbi uzun saat və günlərlə sosial şəbəkələrdə vaxt keçirməkdir. Kompüter oyunları uşaqların psixologiyasına ciddi təsir edir. Qanunvericilikdə sosial şəbəkələrlə bağlı qoyulan qadağanı əvəz edən alternativ də tapılmadır".
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...