Gender bərabərliyi haqqında qanunun icrasına dair hesabat may ayında Milli Məclisdə təqdim ediləcək
Gender bərabərliyinin təminatları haqqında qanunun icra vəziyyətinə dair hesabatın may ayında Milli Məclisdə təqdimatı ediləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O qeyd edib ki, həmin hesabatda Komitənin gördüyü işlərin bir qismi öz əksini tapır:
"Yenə də bərabər iştirak və bərabər təmsilçilik məsələlərinə yer verilir. Yəqin ki, may ayında biz bu məlumatların təqdimatını edəcəyik. İndi hesabatın hazırlanması üzərində iş gedir. Dövlət Komitəsi bu sahəyə cavabdeh olan tərəflərin ötən il ərzində gördükləri işlərə dair informasiyanı toplayıb, indi onlar emal prosesindədir".
B.Muradova vurğulayıb ki, bütün statistik rəqəmlər, atılacaq addımlar, eyni zamanda, hədəflər haqqında informasiyalar da hesabata daxil ediəcək:
"Artıq beş ildir ki, biz Milli Məclisdə bu qanunun icra vəziyyətinə dair hesabatla çıxış edirik. Son beş ildə Milli Məclisdə Komitənin həmin hesabatının dinlənməsi bu sahədəki vəziyyətə diqqəti daha da artırıb".
Oxşar xəbərlər
DSX ötən ay 6,5 milyon manatlıq qaçaqmal aşkarlayıb
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2026-cı ilin yanvar ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqra...