Gəncləri ölümə aparan bəla - Elə dərman yoxdur ki, beynimiz təmizlənsin
Ötən il Azərbaycanda təxminən 27 574 nəfər dispanser, 5 347 nəfər isə profilaktik qeydiyyatda olan narkotik istifadəçisi olub.
Onların arasında 22 871 nəfər (o cümlədən 512 qadın) iynə ilə narkotik istifadə edən şəxslərdir.
Statistika görə, təxminən 36 659 nəfər narkotik asılısı şəxs dispensər nəzarətindədir (onlardan 802 qadındır).
Rəsmi qeydiyyatda olan narkotik istifadəçilərin sayı son illərdə artmaqdadır. Bu rəqəmlər 32 000–34 000 civarındadır.
Qeyd edək ki, bu rəqəmlər yalnız dövlət qeydiyyatında olan şəxslərdir. Rəsmi olmayan (gizli) istifadəçilər çoxluq təşkil etdiyi üçün real say daha yüksək ola bilər.
Rəsmi qeydiyyata görə Azərbaycanda spirtli içki aludəçilərindən ibarət şəxslərin sayı təxminən 20 401 nəfər təşkil edir.
Ümumilikdə isə pis vərdişlərə aludə olanların arasında gənclər çoxluq təşkil edir. Bu səbəbdən də, gənclər arasında ölüm sayları il-ildən artır.
Respublika Neyrocərrahiyə Xəstəxanasının "Baş beyin" şöbəsinin həkim-neyrocərrah Vüsal Məmmədov BAKU.WS-ə açıqlamasında gənclərə bu baxımdan diqqətli olmağı tövsiyyə edir.
"Zərərli vərdişlərdən maksimum uzaq durmaq lazımdır. Qidamıza fikir vermək lazımdır. Zərərli vərdişlər dedikdə, bunlara narkotik vasitələr, siqaret, alkaqol içkilər Daxildir. Bunlar ciddi damar spazmasına səbəb olur", - deyə həkim bildirib.
Vüsal Məmmədov deyir ki, pis vərdişlərə başlamazdan əvvəl bu yolun ölümə apardığını bilmək lazımdır:
"Elə bir xüsusi maddə, yəni dərman və yaxud da bir vasitə yoxdur ki, mən bunu edəcəyəm. Yəni, uzun illər içki istifadəçisi olmuşam, narkotik istifadəçisi olmuşam. Bu gün mən bunu atıb, bir dərmanı içəcəyəm, beynim təmizlənəcək. Yəni, hələ ki, belə bir vasitə yoxdur.
Yəni, fəsadı aradan qaldırmaq çətindir. Çünki bunun üçün uzun müddət bir reabilitasiya dövrü lazım olur. Ən yaxşısı bunu etməməkdir".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Şamaxıda təhlükə: Ev hər an sakinlərin başına uça bilər
Şamaxı şəhəri Abbas Səhhət küçəsində yerləşən fərdi yaşayış evlərindən biri qəzalı vəziyyətə düşüb. Məlumata görə, evdə ilk çatlar 2019-cu ildə baş verən zəlzəl...