Gənclərdən Milli Qəhrəmanlarımıza böyük sevgi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gənc rəssam Elnur Şirinov Biləcəri qəsəbəsində yerləşən divarlardan birində Milli Qəhrəmanlarımız Polad Həşimov, Raquf Orucov, Mehdi Hüseynzadə və Mübariz İbrahimovun şəkillərini çəkib.
BAKU.WS xəbər verir ki, Azərbaycanın qəhrəmanlarını tanıtmaq məqsədi daşıyan bu aksiya böyük maraqla qarşılanıb.
Layihənin ideya müəllifi ictimai fəal və jurnalist Ağa Mehdiyev olub. Onun özü cəbhə bölgəsində olduğu üçün təqdimatı Elnur Şirinov edib.
"Biz divar rəsmlərinə başlayanda küçədən keçən uşaqlar və böyüklər, həqiqətən, maraq göstərirdilər. Uşaqlar şəkillərin kimlərə məxsus olduğunu soruşurdular. Mən də onlara Milli Qəhrəmanlar barədə məlumat verirdim", - deyə gənc rəssam bildirib.
Oxşar xəbərlər
Bu küçədə yol qovşağının yaradılması işləri yekunlaşır - FOTO
Bakı şəhərində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına...