Gəncədə xəstəxanaya verilən 13 yaşlı qız uşaq müəssisəsinə yerləşdiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları ailəsi ilə birgə yaşamaq istəməyən və sığınacağa yerləşmək istədiyini bildirən 13 yaşlı Gəncə şəhər sakininin mövcud vəziyyətini qiymətləndirib.
Qurumdan BAKU.WS-ə verilən məlumata görə, agentliyin əməkdaşları aidiyyəti qurumlarla birgə iş aparıb və uşaq sağlamlığı, həmçinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Uşağın müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək.
Oxşar xəbərlər
Dağlıq ərazidə yaşayanlara nazirlikdən XƏBƏRDARLIQ
Bəzi dağ çaylarında sel hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə təkrar müraciət edib. FHN-dən BAKU.WS-ə verilən məlumata görə, hazırda ölkəd...