Gəncədə qəzalı yataqxanaların sakinləri köçürülür: Narazı qalanlar var
Gəncədə uzun müddətdir qəzalı vəziyyətdə olan yataqxanalarda yaşayan sakinlərin yeni tikilmiş binalara köçürülməsinə başlanılıb. Lakin bəzi sakinlər köçürülmə prosesinin təşkili ilə bağlı narazılıqlarını bildirirlər.
Bakı TV-nin qaynar xəttinə müraciət edən Aygün Yusifovanın sözlərinə görə, yataqxanada istifadə etdiyi iki otağın əvəzinə ona yeni binada birotaqlı mənzil verilib.
Amma ayrılan mənzil ailəsinin yaşayış tələbatını qarşılamır:
"Altı nəfər bir otaqda necə yaşayaq? İyunun 15-nə kimi yataqxananı tərk etməliyik. Gedəcək yerim yoxdur. Müraciət etmişəm, deyirlər, get nə edirsən et, asfaltda çadır qur, orada yat".
Vətəndaşın şikayəti ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhərin Üzeyir Hacıbəyli küçəsi, döngə 4, ev 1 ünvanında yerləşən və qəzalı vəziyyətdə olan yataqxana binasında yalnız qanuni istifadə hüququna malik sakinlər Kimyaçılar küçəsi ilə Nizami Gəncəvi prospektinin kəsişməsində inşa edilən yeni çoxmərtəbəli yaşayış binasında sosial kirayə müqaviləsi əsasında müvəqqəti yaşayış sahəsi ilə təmin olunurlar.
Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin təqdim etdiyi məlumata əsasən, vətəndaş Aygün Yusifovanın qəzalı vəziyyətdə olan yataqxana binasında yaşayış hüququ mövcud olmadığından o, yeni yaşayış binasında mənzillə təmin edilməyib.
Oxşar xəbərlər
Xaricdə təhsil üzrə Dövlət Proqramının namizədləri ən çox hansı ölkələri seçiblər?
2026-2027-ci tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərç...