Gəncə və Tovuzda nöqsanlar aşkarlanan dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Tovuz şəhəri, H.Əliyev prospekti, ev 3, mənzil 13 ünvanında fəaliyət göstərən “Dövran” və Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, ev 57 ünvanında fəaliyyət göstərən “Şirdan” ictimai iaşə müəssisəsində yoxlama keçiriblər.
Bu barədə BAKU.WS-ə qurumdan məlumat verilib.
Bildirilib ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitar norma və qaydaların tələblərinin pozulması faktları aşkarlanıb. Belə ki, qida məhsullarının yuyulması üçün ayrıca yuyulma çanaqlarının təşkil edilmədiyi, qida ilə təmasda olan səthlərin, həmçinin döşəmə və divarların hamar, asan təmizlənmənin və müntəzəm dezinfeksiya işlərinin aparılmasının mümkünlüyünü təmin edən materiallarla üzlənmədiyi, qida obyektinin qanunvericiliyə uyğun olaraq yoxlamadan keçmiş ölçmə vasitələri ilə təchiz olunmadığı, havalandırma sistemi quraşdırılmadığı və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, müəssisələrin fəaliyyəti məhdudlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda bu ərazilərdə avtomobillərin parklanması pulsuz olacaq
Bakı şəhəri üzrə zonalar parklanma qiymətləri açıqlanıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Nəqliyyat vasitə...