Gəncə və Samuxda baş verən qida zəhərlənməsi araşdırılıb, bakteriyalar aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 12–17 iyul 2026-cı il tarixlərində Gəncə və Samux ərazilərində baş vermiş qida zəhərlənməsi hadisələri ilə bağlı aparılmış araşdırmalar və laborator müayinələr yekunlaşıb.
AQTA-dan BAKU.WS-ə bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən hadisə yerlərinə baxış keçirilib, istehlaka təqdim edilən qida məhsulları və müxtəlif səthlərdən laborator müayinələr üçün nümunələr götürülüb.
Nəticələrə əsasən, hazır yeməklər - bozbaşdan götürülən nümunədə Staphylococcus aureus, lavaş məhsulunda Staphylococcus aureus və koliform bakteriyaları, pendir məhsulunda isə Escherichia coli (E.coli) aşkarlanıb.
Qida məhsullarında bu mikroorqanizmlərin aşkar olunması məhsulların mikrobioloji çirklənməyə məruz qaldığını, istehsal və emal prosesində şəxsi və ümumi gigiyena qaydalarına, həmçinin sanitariya tələblərinə tam əməl olunmadığını göstərir.
Nəzarət tədbirləri çərçivəsində lavaş məhsulu satdığı digər şəxslər və obyektlər də müəyyən edilərək məhsulların geri çağırılması təmin olunub.
Aşkar edilmiş qanun pozuntuları ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq məlumat verilib.
Agentlik vətəndaşlara qida məhsullarını yalnız rəsmi qeydiyyatdan keçmiş və qida təhlükəsizliyi tələblərinə uyğun fəaliyyət göstərən istehsalçı və satış obyektlərindən əldə etməyi tövsiyə edir.
Oxşar xəbərlər
Sabah Bakının bir sıra ərazilərində qaz kəsiləcək
Sabah Bakının Qaradağ rayonunun bir sıra ərazilərində qaz kəsiləcək. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. "Qaz İxrac"...