Gəncə terroruna məruz qalanlar evlə təmin ediləcək

Gəncə terroruna məruz qalanlar evlə təmin ediləcək
Sosial 539

"Gəncə terroru zamanı evləri dağılmış hər kəsə yeni evlər veriləcək".

BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu sözləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov oktyabrın 17-də ermənilərin atdığı raket nəticəsində evləri dağılmış vətəndaşlarla görüş zamanı bildirib.

"Dağılmış bütün evlərin əvəzinə yeni evlər veriləcək, kimin nə problemi varsa, bildirsin. Bu hadisələr, zərər çəkən hər bir şəxs Prezidentimizin, I vitse-prezidentimizin diqqətindədir".

Qeyd edək ki, oktyabrın 17-də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə ərazisinə atılan raket nəticəsində bir neçə ev tamamilə dağılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər