Gəncə Beynəlxalq Hava Limanı gücləndirilmiş iş rejiminə keçdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Korona virusu ilə bağlı Gəncə Beynəlxalq Hava Limanı gücləndirilmiş iş rejiminə keçib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, aparılan tədbirlər çərçivəsində sərhəd gömrük keçid məntəqəsində Gəncə şəhərinə gələn bütün sərnişinlər yoxlanılır.
Sərnişinlər "termo vizor", yəni termal kameralar vaisətəsi ilə yoxlanılır.
Bundan əlavə hərarətin yoxlanılması üçün əlavə tibbi cihazlardan istifadə edilir.
Hava limanında çalışanlar, eləcə də sərnişinlərin əksəriyyəti qoruyucu maskalar taxıb.
Hərarəti olan şəxslər birbaşa Hava Limanından Gəncə şəhər Təcili Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən Gəncə Yoluxucu Xəstəliklər Xəstəxanasına aparılıb.
Bu günə kimi sözügedən virus aşkar olunmayıb.
Bəzi hərarəti olan şəxslər müəyyən edilib ki, həmin şəxslər də müayinədən sonra evə buraxılıblar.
Qalereya
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...