Gələn həftədən məktəbli formaları ucuzlaşacaq
Bakı Tikiş Evi (BTE) iyulun 1-dən etibarən məktəbli formalarının qiymətini 25 faizə qədər endirəcək.
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a BTE-nin şöbə müdiri Etibar Əzimov bildirib.
Onun sözlərinə görə, qiymətlərin aşağı salınması barədə qərar ucuz satılan saxta məktəbli formaları ilə rəqabətdə uduzmamaq üçün qəbul olunub.
Şöbə müdiri bildirib ki, BTE-nin məhsullarının keyfiyyətli materialdan istehsal edilməsinə baxmayaraq, ucuz qiymətə satılan saxta məktəbli formalarına da tələbat müşahidə olunur. Buna görə də endirimlə bağlı qərar qüvvəyə minib və iyulun 1-dən etibarən məktəbli formaları yeni qiymətlə satışa çıxarılacaq.
E.Əzimov söyləyib ki, məktəbli formalarının yeni endirimli satış qiymətləri bu günlərdə müəyyənləşdiriləcək. O qeyd edib ki, yeni qiymətlər bütün geyimlərə şamil ediləcək.
Oxşar xəbərlər
Bu rayonlarda torpaqlar ucuz qiymətə satılır - SİYAHI
Əmlak Məsələləri Dövlət Xidməti 10 dekabr 2025-ci ildə ölkənin bir sıra rayon və şəhərlər üzrə bələdiyyə torpaqlarının müsabiqə və hərracını keçirəcək. BAKU.WS-...