Gələn həftə maraqlı kosmik hadisə gözlənilir - Azərbaycandan da müşahidə etmək mümkün olacaq
İlin ikinci Ay tutulması avqustun 28-də baş verəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Bildirilib ki, bu dəfə Ay Yer kürəsinin yalnız bir hissəsindən keçəcək və qismən tutulma müşahidə olunacaq.
Ayın bir hissəsi qaralacaq, digər hissəsi isə işıqlı qalacaq. Yarımkölgəli Ay tutulması avqustun 28-də saat 05:23:55-də, qismən tutulma saat 06:33:48-də başlayacaq. Tutulmanın maksimumu saat 08:12:53-də olacaq. Qismən tutulma saat 09:51:55-də, yarımkölgəli Ay tutulması saat 11:01:41-də başa çatacaq.
Tutulma Avropa, Afrika, Asiya və Amerikadan görünəcək. Azərbaycan ərazisindən yarımkölgəli Ay tutulmasının yalnız bir hissəsini səhər saat 05:23-dən 05:55-ə - Ay batana qədər müşahidə etmək mümkün olacaq.
Oxşar xəbərlər
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Magistral yollarda hərəkətin təhlükəsiz və rahat təşkili sürücülərin qarşılaşdığı əsas məsələlərdən biridir. BAKU.WS-in məlumatına görə, yol infrastrukturunun...