Gələn aydan Azərbaycanda əlillik sahəsində yeni meyarlar tətbiq olunacaq

Gələn aydan Azərbaycanda əlillik sahəsində yeni meyarlar tətbiq olunacaq
Sosial 80

“Bu il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində yeni meyarlar tətbiq olunacaq”.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

Onun sözlərinə görə, yeni meyarlara əsasən əlillik artıq üç dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli qiymətləndiriləcək:

“Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, danışma, davranışa nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Əlillik 7 əsas kateqoriya üzrə müəyyənləşəcək

Əlillik 7 əsas kateqoriya üzrə müəyyənləşəcək

Əlillik həyat fəaliyyətinin 7 əsas kateqoriya üzrə məhdudlaşma dərəcələri əsasında müəyyən olunacaq. Bu barədə BAKU.WS-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir...

266 Sosial 17:23 18 may 2022

Son xəbərlər