Gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən çayxana aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayonun Nabatkənd kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb.
Polis əməkdaşları tərəfindən qayda pozuntusunun qarşısı alınıb, çayxananın icarədarı V.Həsənov və orada olan müştərilər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.
Oxşar xəbərlər
Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olunub - FOTO
Goranboyda mərasim iştirakçıları məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan BAKU.WS-in yerli bürosuna verilə...