Gecə klubundakı partlayışda yaralananların son vəziyyəti AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda gecə klubundakı partlayışda yaralananların son durumu açıqlanıb.
BAKU.WS-in məlumatına görə, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda bildirilir ki, hazırda xəstəxanalarda hadisə nəticəsində xəsarət alan 16 nəfər var.
Qeyd olunub ki, onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir: "Reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Stasionarda müalicə alan digər 5 nəfərin vəziyyəti stabil ağır, 4-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Tibb mütəxəssisləri yaralıların ailələri ilə mütəmadi əlaqə saxlayaraq onları yaxınlarının sağlamlıq durumu barədə məlumatlandırır".
Oxşar xəbərlər
İcbari tibbi sığorta haqqında bunları bilmək vacibdir
Bu il aprelin 1-dən etibarən bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Artıq digər şəhər və rayonlarla yanaşı, Bakı və Sumqayıt şəhərl...