Füzulidə istifadəyə yararsız 50 ton pestisidlər zərərsizləşdirilmək üçün xüsusi poliqona daşınıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Füzuli rayonunda 50 tona qədər istifadəyə yararsız pestisid və çirklənmiş torpaq qatının daşınmasını həyata keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, beynəlxalq təhlükəsizlik tələblərinə uyğun şəkildə qablaşdırılan yüklər zərərsizləşdirilməsi üçün xüsusi nəqliyyat vasitəsi ilə "Cəngi pestisid poliqonu"na yola salınıb.
Növbəti mərhələdə pestisidlərin xüsusi lisenziyaya malik müəssisələrdə yandırılaraq tam zərərsizləşdirilməsi planlaşdırılır. Eyni zamanda, təmizlənmiş ərazilərdə çirklənməyə məruz qalmış torpaqların bərpası məqsədilə bioremediasiya üsullarından istifadə ediləcək və bu proses müvafiq dövlət qurumları ilə birgə həyata keçiriləcək.
Qalereya
Oxşar xəbərlər
Sürücülərin NƏZƏRİNƏ - Bu ərazidə parklanma xidməti DAYANDIRILIR
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) "Bakı Metropoliteni" QSC-nin tunel tikintisi ilə bağlı vətəndaşlara müraciət edib. BAKU.WS xəbər verir ki, müraciətdə deyil...
