Füzuli İcra Hakimiyyəti başçısının müavini və qızı vəzifədən azad edildi
Həyat yoldaşı Habil Eyvazovun sərxoş halda "TikTok"da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsinə görə ölkə gündəminə düşən Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova vəzifəsindən azad olunub.
BAKU.WS "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir müddət əvvəl onların qızı Jalə Eyvazovaya Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində yüksək vəzifə verilmişdi. Bununla bağlı Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəhbəri Leysan Məmmədov müvafiq əmr imzalamışdı.
Əldə etdiyimiz məlumata görə, atasının "TikTok"da qeyri-etik ifadələr səsləndirməsinə görə Leysan Məmmədov Jalə Eyvazovanı da vəzifəsindən azad edib.
Oxşar xəbərlər
Azərbaycanda fermerləri SEVİNDİRƏCƏK XƏBƏR - Pul vəsaitləri...
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2025-2026-cı əkin mövsümü üzrə payızlıq əkinlər və çoxillik əkmələrə görə nəzərdə tu...