Fuad Hüseynəliyev: Təklif edirəm ki, jurnalistlər üçün dini sahədə trenninqlər keçirilsin

Fuad Hüseynəliyev: Təklif edirəm ki, jurnalistlər üçün dini sahədə trenninqlər keçirilsin
Sosial 63

"Təklif edirəm ki, jurnalistlər üçün dini sahədə trenninqlər keçirilsin".

BAKU.WS-in Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Report İnformasiya Agentliyi" MMC-nin direktoru və Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının üzvü Fuad Hüseynəliyev "Müasir informasiya məkanı və dini etiqad azadlığı" mövzusunda keçirilən konfransın açılış mərasimində çıxışı zamanı deyib.

"Bu gün Media Agentliyi və müvafiq qurumlar mütəmadi olaraq təlimlər keçirir. Təlimlər 3 günlük də ola bilir, 1 aylıq da. Bunun üçün xaricdən mütəxəssislər cəlb olunur. Amma dini sahədə biz bunu görməmişik. Mənim yadıma gəlmir ki dini sahədə belə bir trenninqlər keçirilsin. Təklif edərdim ki, Dini Komitənin də dəstəyi ilə belə təlimlər keçirilsin. Bu jurnaistlər üçün çox vacibdir", - deyə Fuad Hüseynəliyev vurğulayıb.

Qeyd edək ki, konfrans "Global Media Group"un media dəstəyi ilə keçirilir.

Son xəbərlər