Fuad Hüseynəliyev: "İSO sertifikatı "Report"un beynəlxalq arenaya çıxışını asanlaşdıracaq"
Yeniliklərdən dərhal xəbərdar olun
"ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarının alınması "Report" İnformasiya Agentliyinin beynəlxalq arenaya çıxışını asanlaşdıracaq".
Bunu "Report İnformasiya Agentliyi "MMC-nin direktoru Fuad Hüseynəliyev "Global Media Group"un şirkətlərinə İSO sertifikatlarının təqdim olunması mərasimində deyib.
"Bu sertifikatın alınması digər tərəfdən "Report"un bütün beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinin təsdiqidir. Bu, ilk növbədə əməkdaşların işinin keyfiyyətli və xəbərlərin etibarlı olmasıdır. Bu, bizim üzərimizə əlavə məsuliyyət qoyur. Amma inanıram ki, biz bunun öhdəsindən uğurla gələcəyik", - deyə o qeyd edib.
F.Hüseynəliyev keyfiyyətli iş üçün yaradılan şəraitə və dəstəyə görə "Global Media Group" MMC-nin İdarə Heyətinin sədri Elnur Abdullayevə və media direktoru Həmid Həmidova təşəkkür edib.
Oxşar xəbərlər
Rəşad Məcid: "Global Media Group" öz dinamikliyi ilə yerli mediaya yeni nəfəs gətirib"
Medianın beynəlxalq standartlara çatması daim gündəmdə olan məsələdir və "Global Media Group" tərəfindən bu sahədə atdığı addım təqdirə layiqdir. BAKU.WS report...